Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.