!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolu kəsən qaya parçası dinamitlə partladıldı – Lerikdə Foto

!Reklam – Yazi

44251d0d-679d-44ec-a476-908924b1093eLerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb.

“Report”un Cənub bürosu xəbər verir ki, ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də “Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.

Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.

Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə partladılıb.

Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv