Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Yolun o tayından üstümə çıxdı" - Şamaxıda "Mersedes" aşdı - Video

Şamaxıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şamaxının Göylər kənd avtomobil yolunda qeydə alınıb.

Şamaxı sakini 59 yaşlı Hikmət Vahidova məxsus “VAZ 21 06” markalı avtomobillə, 25 yaşlı Şamaxı sakini Ramo İsayevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.

Roman İsayev – sürücü: “Öz kəndimizdən, Ovculu kəndindən gəldim, Şamaxıya gedirdim. Yolun o biri tayından, çökəydən üstümə çıxdı. Yoqquşduq, hadisə də gördyünüz kimidir”.

Zərbənin təsirindən “Mersedes” yoldan çıxaraq aşıb. “VAZ 21 06”-nın sürücüsü Hikmət Vahidovsa müxtəlif bədən xəsarətlərilə Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az

Loading...

www.yenicag.az

634
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100