“Yoluxanların sayı azalsa da, dünya pandemiyanın yeni dalğasına hazırlaşır” – TƏBİB rəsmisi

“Yoluxmanın artmasını həkimlər və tibb işçiləri də istəmirlər, onlar bu sərt rejimdə işləməkdən yorulublar”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva qeyd edib ki, bu gün bütün dünya pandemiyanın yeni dalğasına hazırlaşır:

“Bütün dünya ölkələri yoluxmaların sayının az olmasını baxmayaraq, yeni yoluxmalara hazırlaşırlar. Biz bu gün açılışlara gedirik. Bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik.

Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azalacaq. Hər birimiz karantin rejimindən yorulmuşuq. Ancaq təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda, xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik”.

Gülşən Şərif