Yoluxma kəskin azaldı – Metro nə vaxt açılır? – RƏSMİ AÇIQLAMA

Ölkədə koronavirusa yoluxma statistikasının kəskin azalması Bakı Metrosunun fəaliyyətinin bərpası məsələsini gündəmə gətirib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a aıçqlamasında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

“Metronun açılması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin COVID-19 pandemiyası dövründə tənzimənməsi birmənalı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətidir. Bakı Metropoliteninin əsas vəzifəsi hazırda mövcud infrastrukturu sərnişindaşımaya hazır vəziyyətdə saxlamaqdır. Bununla əlaqədar olaraq bütün normativ texniki tələblərə uyğun işlər aparılır.

Yoluxmanın azalmasına gəlincə, bu, sırf peşəkar ixtisaslaşmış qiymət tələb etdiyindən bununla yalnız Operativ Qərargah məşğul olur. Onların verəcəyi qərara uyğun olaraq Bakı Metropoliteni bütün fəaliyyətəini tənzimələyəcək”.

Cəvahir