Yorğun demokrat, yoxsa “diktator”? – İlon Mask, Donald Tramp və ABŞ cəmiyyəti arasındakı ZİDDİYYƏTLƏR
“ABŞ cəmiyyəti, dərin dövləti İlon Maskla, Donald Trapma yerini göstərməlidir”.
Bu sözləri Trampın Ukrayna prezidenti Volodimir Zelenskini “diktator” adlandırması, Zelenskiyə istefa verməsi yönündə edilən təzyiqləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiyanın dünyanı bölüşdürmək istəyi baş tutmayacaq:
“Deyirdilər ki, ABŞ demokratiyanın cənnətidir, ABŞ cəmiyyəti intellektualdır. O cəmiyyət Tramp kimi birini prezident seçib. Hər yerdə xaos yaradıb. Zelenski isə 3 ildir Rusiyaya qarşı müharibə aparır. İndi Zelenskidən pulları tələb edirlər. Məlum olacaq ki, ABŞ silahların bir qismini başqa ölkələrə satıb, ancaq hesabı Ukraynaya gedirmiş. Zelenskinin son vaxtlar reytinqi çox aşağı düşmüşdü. Trampın o sözlərindən sonra reytinqi yuxarı qalxmağa başlayıb”.
“Məlumatlar yayılır ki, Tramp KQB agenti olub. Bundan əlavə İlon Maskın rus neftini satması barədə də informasiyalar var. İlon Mask gəlirinin böyük hissəsini Rusiya hesabına əldə edib. Ona görə də rusun caynağından çıxa bilmirlər. ABŞ-nin imici bütün dünyada müzakirə olunur. ABŞ-nin bu cür siyasəti sona qədər davam edə bilməz. ABŞ cəmiyyəti, dərin dövləti İlon Maskla, Trapma yerini göstərməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd