Yorğunluğa səbəb olan məhsullar AÇIQLANDI: Qəhvə birinci yerdədir

Diyetoloqlar enerji səviyyəsini artıran qidaların əks təsir göstərə biləcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə diyetoloq Cess Bleyr “fitforfun.de” saytına müsahibəsində danışıb.

O bildirib ki, həddindən artıq qəhvə içmək tam əks təsir göstərə bilər.

“Həddindən artıq qəhvə içmək tam əks təsir göstərə bilər. Bu da bizdə kofein çatışmazlığına səbəb ola bilər ki, biz yorğunluq hiss edirik və daha çox qəhvəyə ehtiyac duyuruq.

Kofeni şəkərlə içsəniz, işlər daha da pisləşə bilər. Kofeinin tövsiyə olunan gündəlik dozası 400 milliqram, təxminən dörd fincan çay və ya qəhvədir”, – həkim qeyd edib.

Daha sonra o, digər məhsulların da siyahısını təqdim edib:

“Qoz-fındıq: tərkibində sağlam yağların yüksək olması səbəbindən çox yemək olmaz. Tövsiyə olunan miqdar: gündə 30 qram, yaxud bir ovuc.

Meyvə kokteylləri: onların tərkibində çoxlu şəkər var, lakin lif və protein yoxdur.

Enerji batonları: yüksək şəkər və dadlandırıcı tərkibinə görə çox istehlak etmək olmaz.

Ağ çörək: təmizlənmiş karbohidratlar daha sürətli udulur, qanda şəkərin səviyyəsi sürətlə qalxır, sonra isə orqanizm çökür”.

Xuraman Etibarlı

COP29