“YouTube” bu videoları da bloklamağa başladı

Məşhur videoervis olan “YouTube” bir neçə müddət bundan öncə istifadəçilər tərəfindən videoservisə kontent yerləşdirmək qaydalarını sərtləşdirmişdi. Yeni qaydalara əsasən diskriminasiya mövzularını əks etdirən videolar bloklanmağa başladı. Lakin məlum olub ki, bloklamaya həmçinin videoservisdə olan neytral mövzulu kanallar da məruz qalıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hacker Interchange” adlı komandanın yaradıcılarından biri olan Kody Kinzie öz Twitter hesabında  yazıb. O, bildirib ki, Cyber Weapons Lab Youtube kanalı bloklanıb.

O, həmin kanala Wi-Fi vasitəsilə uzaqdan “firework”un işə salınması üzrə videotəlimatı yükləyə bilməyib. Kanalda daha öncədən yüklənmiş olan videolar isə bloklanmış şəkildə olublar. Bu problemə cavab olaraq “YouTube” əməkdaşları servisin yeni qaydalarını səbəb kimi gətiriblər. Onların sözlərinə əsasən “YouTube” servisinin yeni qaydalarına əsasən hacking və fishing mövzularında vdeoların yüklənməsi qadağandır. Kody Kinzie isə bildirib ki, hacker üsulları çox zaman qeyri-leqal istifadə olunur. Lakin onların tamamilə qeyri-leqal olması fikri düzgün deyil. “YouTube” servisinin yeni siyasəti kompüter təhlükəsizliyi mövzusunda olan bir çox kontentə zərbə vuracaq. Buna misal olaraq Kody Kinzie kompüter sistemlərinin test olunmasına aid olan videotəlimatları gətirib.

“YouTube” servisi maarifləndirici, sənədli, elmi və bədii məqsədlər üçün bəzi “təhlükəli mövzulu” videoların yüklənməsinə icazə versə də bu cür kontentlərin yüklənməmişdən öncə hansı formatda hazırlanması barədə heç bir təlimat vermir. Daha sonradan “YouTube”təmsilçisi bildirdi ki, Cyber Weapons Lab kanalı səhvən bloklanıb və onun daxilindəki olan bütün kontentlər istifadəçilər üçün yenidən aktivdir. Buna baxmayaraq belə nəticəyə gəlmək olar ki, YouTube servisinin alqoritminin çalışması heç də şəffaf deyil və perspektiv baxımından həmin alqoritm videoservisdə olan maarifləndirici kontentin sayını azalda bilər.