“Youtube” qaydaları sərtləşdirdi

“Youtube” videoservisi istifadəçilərin videoservisdən istifadə qaydalarını yenidən sərtləşdirib.

Yenicag.az “Wccftech”ə istinadən xəbər verir ki, sərtləşdirilmiş yeni qaydalar təkcə kontent müəlliflərini deyil həmçinin videoservisdə olan videolara rəylər yazan adi istifadəçiləri də əhatə edəcək.

“Youtube” servisinin yenilənmiş siyasətinə əsasən hansısa istifadəçinin kanalının və ya istifadəçi hesabının bloklanmasını digər istifadəçinin ünvanına yazılan təhdidlərdən əlavə olaraq istifadəçiyə heç də zərərli görünməyən qadağan edilmiş sözlərə işarə edilməsi zamanı da əldə etmək olar.

Videoservisdə reallaşdırılmış birinci böyük yenilənmə Youtube kanalları sahibləri üçün rəylərin avtomatik moderasiyası olub. Beləliklə təhdidləri, təhqirləri və təcavüzləri özündə birləşdirən rəylər avtomatik olaraq bloklanacaqlar. Bu qayda həmçinin kontent müəlliflərini də əhatə edəcək. Belə ki, onlara diskriminasiya və təhqir tərkibli kontentlərin hazırlanması qadağandır. Platformanın yeni qaydalarının pozulması halında istifadəçinin kanalı müəyyən müddətlik bloklanacaq və vəsait qazanma özəlliyindən məhrum ediləcək.

Sərtləşdirilmiş yeni qaydalar həmçinin internet trollinqi də əhatə edəcək. Belə ki, hansısa kanal müəllifinin mütəmadi izlənməsi və “Youtube”da yersiz rəylərin yazılması istifadəçi hesabının bloklanmasına gətirib çıxardacaq. Maraqlısı ondadır ki, “Youtube” servisi “potensial yersiz rəy” altında nəyi nəzərdə tutması barəsində məlumat vermir. Artıq bu ilin sonuna kimi kanal müəllifləri potensial yersiz rəylərin təyin edilməsi və gizlədilməsi üçün nəzərdə tutulmuş virtual alətlər əldə edəcəklər.

İstəyə uyğun olaraq kanal sahibi bu funksiyanı deaktiv edə bilər. Bu üsul ilə “Youtube” servisi kontent müəlliflərini yersiz rəylərdən qorumaq istəyir. Lakin bir çoxları artıq servisi azad sözün deyilməsinin qarşısını almaq üzrə ittiham ediblər.

COP29