“YouTube”da videoya baxmaq üçün ən uyğun smartfonlar – ADLAR

“YouTube” servisi videoya baxmaq üçün ən uyğun smartfonları açıqlayıb.

Yenicag.az life.ru-ya istinadən xəbər verir ki, “YouTube” üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl “Samsung Galaxy Note 9” modeli qeyd olunub.

Siyahıda, həmçinin “Sony Xperia XZ2 Premium”, “HTC U12+”, “Nokia 8 Sirocco” və s. qurğular yer alıb.

Bununla belə, siyahıda daha 3 qurğu – “OnePlus 6”, “LG G7 ThinQ” və “Xiaomi Mi8” qərarlaşıb.

Qeyd edək ki, “Apple” smartfonlarının populyarlığına baxmayaraq siyahıya “iPhone” smartfon modelləri daxil ola bilməyib.