“YouTube”da yenilik: Dublyaj funksiyası işə salınır

“YouTube” platforması videolara müxtəlif dillərdə dublyaj edilmiş səslər əlavə etməyə imkan verəcək.

Qeyd olunur ki, bu seçim videonu transkripsiya edən, tərcümə edən və dublyaj edilmiş audiotreki yaradan süni intellekt texnologiyası sayəsində mümkün olub.

Funksiya artıq bir neçə kanalda sınaqdan keçirilir.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda yalnız ingilis dilindən ispan və portuqal dillərinə dublyaj mövcuddur, lakin “YouTube” gələcəkdə daha çox dil əlavə edəcək.

Mənbə: The Verge

COP29