“Youtube”dan gözlənilməz qadağa: Bu materialları paylaşmaq olmaz

Populyar videohostinq həyat üçün təhlükəli sayılan oyun və materialların paylaşımını məhdudlaşdırıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu addımın insan psixikasını təhlükəli tendensiyalardan qorumaq məqsədilə atıldığı bildirilib.

Qeyd olunur ki, bəzi oyun və fleşmoblarda iştirakçılar üçün verilən tapşırıqlarda təhlükəli halların artması sözügedən qərarın qəbulunu qətiləşdirib.

Çünki nəzərdə tutulan oyun və fleşmoblar artıq bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnib.

COP29