!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“YouTube”dən “xərçəng blefi”: Yanlış müalicə üsulları necə yayılır?

!Reklam – Yazi

Dünyanın ən populyar videohostinqi olan “YouTube”-un reklam siyasəti bu platformada zərərli təbliğatın aparılmasına göz yumur.

Yenicag.az xəbər verir ki, hostinqdə müxtəlif məhsulların geniş reklam materialları ilə yanaşı, müxtəlif xəstəliklərin, əsasən də, xərçəngin “100 faizli müalicəsi”nə həsr olunmuş çarxlar yerləşdirilir.

BBC-nin araşdırması nəticəsində “YouTube”-da xərçəngin “müalicə”cinə dair 10 dildə 80-ə yaxın videonun yerləşdirildiyi müəyyən edilib. Nə qədər təəccüblü olsa da, həmin materialların hər birinin izlənmə sayı 1 milyonun üzərindədir.

Maraqlıdır ki, hostinqdə xərçəng xəstələrini sağalmağa ümidləndirən o videolardakı “müalicə üsulları” kimyəvi terapiyadan tutmuş, xalq təbabətinin “nailiyyət”lərini nümayiş etdirməkdədir.

Lakin təqdim olunan üsulların heç biri klinik stamdartlara uyğun gəlmir. Buna baxmayaraq, kommersiya maraqlarını əsas götürən “YouTube” nəzərdə tutulan materiallara fen-bol yer ayırmaqda davam edir.

Samirə Əliyeva

www.yenicag.az

3049
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv