“YouTube”un baş direktoru istefa verdi

“YouTube”un baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Tech Crunch” portalı məlumat yayıb.

Onun yerini və baş vitse-prezident vəzifəsini hazırkı məhsul direktoru Neil Mohan tutacaq.

Vodjickinin gələcəkdə Quql və Alfabet üçün məsləhətçi kimi fəaliyyət göstərəcəyi bildirilir./Qafqazinfo/