Yoxa çıxan foto və video mesajları təqdim ediləcək – “WhatsApp” istifadəçiləri diqqət!

Dünyanın ən populyar mesajlaşma tətbiqi olan “WhatsApp”da daha bir yenilik edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tətbiq daxilində “iOS” ve “Android” istifadəçilərinə yoxa çıxan foto və video mesajları təqdim ediləcək.

İstifadəçilər yeni xüsusiyyət sayəsində foto və ya video mesaj göndərərkən “Bir dəfə bax” seçimini seçsələr, mesaj baxıldıqdan sonra həm göndərənin, həm də alıcının söhbətindən yox olacaq. Bu xüsusiyyət “Android” istifadəçilərinin qrup söhbətləri üçün də mövcud olacaq.

İstifadəçilər heç bir problem olmadan foto və video mesajların ekran görüntülərini də çəkə biləcəklər.

“WhatsApp”ın iyun ayının sonlarında “Android” istifadəçilərinə təklif etdiyi yeni xüsusiyyət “iOS” istifadəçiləri üçün cümə günü əlçatan olub. (publika.az)