!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yoxa çıxan futbolçunun son səs yazısı: "Təyyarə parçalara ayrılmaq üzrədir"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İngiltərə Premyer Liqasında çıxış edən “Kardiff”in yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Yenicag.az-ın məlumatına görə, 29 yaşlı hücumçu yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə İngiltərəyə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib.

Təyyarə hava limanına gəlməyincə, onun axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunub. Normand adaları yaxınlığında aparılan axtarışlar nəticəsiz qalıb.

Argentina mətbuatı Emiliano Salanın dostlarına göndərdiyi son səsyazmanı yayımlayıb: “Təyyarə parçalara ayrılmaq üzrədir. Məndən 1,5 saat ərzində xəbər almasanız, səbəbini bilirsiniz”.

Qeyd edək ki, daha öncə “Kardiff”in argentinalı futbolçudan ötrü klub üçün rekord sayılan 15 milyon funt sterlinq ödədiyi bildirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanılıb.

www.yenicag.az

9554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv