Yapon dənizində itkin düşən azərbaycanlıların adları (Yenilənib)

Rusiyanın Primorsk diyarında yoxa çıxan balıqçı gəmisində itkin düşənlərin adları müəyyən olunub.

Yenicag.az primamedia.ru-ya istinadən xəbər verir ki, onlardan ikisi azərbaycanlıdır.

İtkin düşən gəminin ekipaj üzvlərinin siyahısı:

Kapitan – Anton Lenskiy (1984)

Kapitanın böyük köməkçisi – Sergey Voytko (1970)

Kapitanın ikinci köməkçisi – Yevgeniy Rasçektayev (1961)

Kapitanın üçüncü köməkçisi – Aleksandr Kotikov (1981)

Baş mexanik – Yuriy Paşko (1970)

İkinci mexanik – Yevgeniy Merzlyakov (1982)

Üçüncü mexanik – Kirill Dolqopyatov (1985)

Motorist – Yevgeniy Yevseyev (1991)

Elektromexanik – Andrey Leviçev (1985)

Refmaşinist – Sergey Kirsanov (1973)

Matros – Viktor Zesler (1979)

Matros – Stanislav Bankovskiy (1972)

Matros – Nikolay Markov (1974)

Matros – Vladimir Kurennoy (1987)

Matros – Mübariz Hüseynov (1972)

Matros – Həmzət Tumqoyev (1987)

Matros – Sergey Poteşkin (1991)

Matros Dmitriy Qolubıx (1975)

Matros – Aleksandr Karankeviç (1988)

Matros – Ruslan Əlizadə (1991)

Aşbaz – Gennadiy Piroqov (1962)

 

***

Yaponiyadakı səfirliyimiz Yapon dənizində itkin düşən Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Rusiyanın Primorsk diyarında 21 heyət üzvünün olduğu balıqçı gəmisi yoxa çıxıb.

Faktla bağlı cinayət işi açılıb.

COP29