YPG birdəfəlik təmizlənəcək? – Təhlükəsiz zona üçün ASO-dan hazırlıqlar – FOTO

Türkiyə Silahlı Qüvvələrinə Suriyada keçirdiyi “Fərat Qalxanı” və “Zeytun Budağı” kimi önəmli əməliyyatlar zaman dəstək verən Azad Suriya Ordusu (ASO) mümkün yeni hərbi əməliyyatlara hazırlıqlarını tamamlayıb.

Yenicag.az xəbər verir ki, təlimlər Afrin bölgəsində həyata keçirilib.

Keçirilmiş hərbi təlimlərə 2 mindən çox ASO üzvü qatılıb. Təlimlərdə ASO-nun iki qrupu – Hamza diviziyası və Süleyman Şah qrupları iştirak edib.

Hamza diviziyasının səlahiyyətliləri Fərat çayının şərqində baş verəcək istənilən hərbi müdaxiləyə qarşılıq verə biləcəklərini, həmçinin bölgədəki YPG terrorçularına qarşı mübarizə aparmaq əzmində olduqlarını açıqlayıb.

Məqsədin bölgəni terrorçu ünsürlərdən təmizləmək və orada təhlükəsiz zona yaratmaq olduğu bildirilib.

Qeyd edək ki, tək Hamza diviziyasının tərkibində milliyətcə türkmən, ərəb və kürdlərdən ibarət 6500 insan döyüşür.

Həşim Səhrablı