YPG-nin yeni oyunu: Suriya sərhədinə Rusiya bayrağı asdılar

Suriya sərhəddində PYD nəzarətindəki bölgəyə YPG və Rusiya bayrağı asılıb.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə sərhədindən adi gözlə də görünən bayrağa görə sərhəd qoşunları gücləndirilmiş iş rejiminə keçib. Suriyanın Hələb şəhərinin Afrin bölgəsinə terror təşkilatı YPG-nin bayrağı ilə yanaşı Rusiya bayrağı da asılıb.

Təmas xəttində bütün təhlükəsizlik tədbirləri həyata keçirilib, PYD nəzarətindəki sərhəd bölgəsinə divar hörülüb.

Yeniçağ.Az