Afrin yaxınlığındakı Burseya strateji dağının azad edilməsindən sonra Türkiyə hərbçiləri terrorçuların səngərlərində xeyli narkotik və psixotrop maddə aşkarlayıblar.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, TSK-nın bölük komandiri YPG/PYD terror qruplaşmasının Burseya dağındakı qərargahının əsl “narko pritona” bənzədiyini deyib:
“YPG/PYD-nin səngərlərində, anbar və istehkamlarında 50 kiloqramdan çox narkotik vasitə, müxtəlif psixotrop preparatlar və şprislər aşkarlanıb. Terrorçular onları aparmağa vaxt tapmayıblar. Bu mənzərəyə baxanda himayədarlarının YPG/PYD qruplaşmalarını hansı formada möhkəmləndirdiyi aydın olur. Qida, silah və pulsuz narkotik – terrorçulara lazım olan hər şeydir. Narkotik vasitələrin içərisində terrorçular arasında məşhur olan “captagon” da var”, -deyə TSK komandiri qeyd edib.
Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Burseya strateji yüksəkliyini terrorçulardan azad edib.