!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YPX-nin yeni maşınlarında unikal sistem: "Ekin i-Patrol G2" nələri bacarır? - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycanda Yol Patrul Xidməti üçün 118 ədəd “Mercedes” markalı avtomobil alınıb.

Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında “Ekin i-Patrol G2” sistemi quraşdırılıb.

Bəs, “Ekin i-Patrol G2” sisteminin hansı üstünlükləri var?

-Əvvəl eyni anda 5 maşın sürət həddini aşanda 1-i radara düşürdüsə, indi 9 kameralı sistem 5-ni də eyni anda radara sala bilir.

-360 dərəcəlik kameralar hətta yandan belə nömrəni oxuyur.

-Tam qaranlıqda belə 30 metr məsafədən nömrəni təyin edən infraqırmızı kamera quraşdırılıb.

-Oğurluq avtomobili aşkar edə bilir.

-Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur.

Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

www.yenicag.az

7405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv