YTB Əhməd Cavadın vəfat ildönümü ilə bağlı paylaşım etdi – FOTO

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) Azərbaycanın istiqlal şairi Əhməd Cavadın vəfatının 84-cü ildönümü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan tarixində fədakarlığı və mübarizəsilə silinməz izlər qoyan, “Çırpınırdın, Qara dəniz” şeiri və Azərbaycan Dövlət himninin sözlərini yazan şair Əhməd Cavadı vəfat ildönümündə rəhmətlə anırıq”.

Qeyd edək ki, YTB-nin paylaşımı qurum sədri Abdullah Ərən tərəfindən “retvit” edilib.