!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YTB-nin hazırladığı “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatı keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) tərəfindən hazırlanan və 2 cilddən ibarət “Azərbaycan düşüncə tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin ev sahibliyi ilə baş tutan təqdimata Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Azərbaycanın təhsil nazirinin müavini Muxtar Məmmədov, YTB sədri Abdullah Ərən, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, universitetin professor-müəllim, tələbə heyəti və çoxsaylı qonaqlar qatılıblar.

Elçin Babayev çıxış edərək iştirakçıları salamlayıb və bu gün reallaşdırılan layihələrin Azərbaycan-Türkiyə qardaşlığının göstəricisi olduğunu vurğulayıb. Rektor təhsil və elm sahəsində əməkdaşlığa açıq olduqlarını bildirib.

Təhsil nazirinin müavini Muxtar Məmmədov YTB tərəfindən hazırlanmış “Azərbaycan düşüncə tarixi” kitabının araşdırmaçılar üçün mühüm qaynaq olduğunu vurğulayıb, qurumun bundan sonrakı layihələrinə dəstək verməyə hazır olduqlarını bildirib. Nazir müavini iki ölkənin ədəbiyyat, mədəniyyət və tarixinin birgə öyrənilməsinin münasibətləri daha da dərinləşdirəcəyini qeyd edib.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxışında bildirib ki, sözügedən kitab Azərbaycan düşüncə tarixi ilə bağlı mənbə əskikliyini aradan qaldıracaq səviyyədədir. Azərbaycanla bütün sahələrdə yanaşı yürümək istədiklərini vurğulayan nazir YTB-nin ölkələrarası əməkdaşlığın çoxşaxəliliyini artırdığını deyib.

Tədbirin əsas hissəsi xatirə fotosunun çəkdirilməsilə başa çatıb.

Aqil Bəkir

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv