“Arzular çoxdur, həyatı boyu insanın arzuları heç vaxt tükənmir. Amma ən böyük arzum torpaqlarımızın alınması idi, bu arzuma çatmışam. Qarabağım alınıb, doğma yurd yerlərinə gedib-gəlirəm. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz”.
Bunu təəssüratlarını bölüşərkən 85 illik yubileyini qeyd edən Xalq artisti, ustad xanəndə Arif Babayev Yenicag.az-açıqlamasında deyib.
Xanəndə “Hər kəs yüz il yaşamasa, günah onun özündədir, bu fikirlə razılaşırsızmı?” sualını da cavablandırıb:
“Hər kəs yüz il yaşamasa, günah onun özündə yox, zəmanədədir. Təki salamatçılıq olsun, dünyamızda əmin-amanlıq olsun, körpə balalar gülləbaran səsi eşitməsin. Onda yaşamaq da gözəl olur”.
Təmtəraqdan uzaq olduğunu deyən sənətkar yubileyinin dövlət tərəfindən qeyd olunacağını bildirib.
Cəvahir