Yük gəmiləri toqquşdu

Yaponiyanın Vakayama prefekturasının yaxınlığında iki yük gəmisi toqquşub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, quru yük gəmilərindən biri Yaponiya bayrağı altında, digəri isə Liberiya bayrağı altında üzüb. Toqquşma nəticəsində Yaponiya gəmisi çevrilib. Sahil Mühafizəsi beş ekipaj üzvündən üçünü xilas edə bilib, daha iki nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerində axtarış tədbirləri davam etdirilir.