Salyanda 11 yaşlı uşağı yük maşını vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xalac kəndində qeydə alınıb.
Kənd sakini, 11 yaşlı İlkin Zamiq oğlu Həsənov velosipedlə hərəkətdə olarkən yol tikintisində işləyən sürücü idarə etdiyi yük maşınını geriyə verən zaman onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.