Yük maşını avtobusa çırpıldı, 12 nəfər xəsarət aldı

Türkiyədə ağır yol-qəzası olub.

Yenicag.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı yük maşını avtobusa arxadan çırpılıb.

Qəza Ankara-Eskişehir magistralında baş verib.

Hadisə zamanı 12 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.