!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yük maşını avtobusa çırpıldı – 9 nəfər öldü

!Reklam – Yazi

Hindistanın Madhya Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yenicag.az xəbər verir ki, regionun polis nümayəndəsi Abid Xan 10 sərnişinin vəziyyətinin ağır olduğunu bildirib.

Onun sözlərinə görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, onlara lazımi yardım göstərilir.

Avtomobillərin toqquşması o qədər güclü olub ki, avtobusun 4 sərnişini hadisə yerində ölüb.

Qəza ilə bağlı digər detallar, eləcə də onun başvermə səbəbləri hələlik məlum deyil./Report/

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv