Göygöldə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunda, Göygöl rayonun Hacıməlik kəndindən keçən hissəsində baş verib.
Əslən Kəlbəcər rayonundan olan, hazırda Ağsu rayonunda məskunlaşan, 1977-ci il təvəllüdlü Firdovsi Əhmədov yolu keçmək istəyərkən, 1963- il təvəllüdlü Ukrayna vətəndaşı Yuriy Valçenkonun idarə etdiyi TİR tərəfindən vurulub. Piyada hadisə yerinə dünyasını dəyişib.
Məlumata görə, ölən F. Əhmədov Kəlbəcər rayon Təhsil Şöbəsinə məxsus məktəblərin birinin direktoru vəzifəsində çalışırdı. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.