Hindistanda səhər saatlarında Uttar Pradeş ştatının şərqində Çanduali dairəsindəki bir kənddə mal-qara daşıyan yük maşını yolun kənarındakı evə girib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub.
Ölənlər arasında 2 qadın və 5-10 yaş arasında 4 uşaq da olub.
Hadisə yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsünün müvazinətini itirməsi nəticəsində baş verib. Həmin vaxt onu polis maşını təqib edirmiş.