!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yük maşını piyadanı vuraraq öldürdü - Gəncədə

!Reklam – Yazi

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv