Yük maşını qəza törətdi: Möhtəşəm mənzərə ortaya çıxdı – VİDEO

Kanadada içində 100 min dollar dəyərində atəşfəşanlıq ləvazimatları olan yük maşını treylerə çırpılıb.

Lakin bu qəza inanılmaz və möhtəşəm mənzərənin ortaya çıxmasına səbəb olub.

Belə ki, toqquşma nəticəsində qığılcım yaranıb və bu da atəşfəşanlığa gətirib çıxarıb.
Yol kənarındakı bu atəşfəşanlıq bir saatdan çox davam edib və göz qamaşdıran bir görüntü əmələ gətirib.

Mənbə: Latestly.com