Yük maşınında 49 əfqanıstanlı aşkarlandı – Sürücü saxlanıldı

Türkiyədə 49 qanunsuz miqrant aşkarlanıb.

Yenicag.az xəbər verir ki, miqrantların olduğu yük avtomobili yol polisi tərəfindən Balıkəsir əyalətinin Ayvalıq rayonunda aşkarlanıb.

Sürücü “saxla” göstərişinə tabe olmayıb. Lakin buna baxmayaraq polis avtomobili saxlamağa müvəffəq olub. Yoxlama zamanı avtomobildə 49 qanunsuz miqrant aşkarlanıb.

Onların Əfqanıstan vətəndaşı olduqları bildirilir.

Avtomobilin sürücüsü saxlanılıb.