Yük qatarı avtobusla toqquşdu – Ölənlər və yaralananlar var

Türkiyənin Mersin vilayətində yük qatarı avtobusla toqquşub.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağır olduğu bildirilib.

Qəzanın başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.