Yük və minik avtomobili toqquşdu – XƏSARƏT ALANLAR VAR

Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la “VAZ-2107” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.