Yük və minik maşınları toqquşdu: Sürücü köməksiz vəziyyətdə qaldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Qulubəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD” markalı yük avtomobili ilə “VOLKSWAGEN” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və yük avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1990-cı il təvəllüdlü Məmmədov Atamoğlan Lazım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.