Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İxtisas seçimində YANLIŞLIQ: Yüksək bal yığan abituriyentlər niyə tələbə ola bilmədilər? - VİDEO  

Qəbul imtahanları zamanı yüksək bal toplayan, lakin universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarında yüksək bal toplasa da, yanlış ixtisas seçimi səbəbindən universitetə qəbul ola bilməyən abituriyentlərin sayını açıqlayıb.

“Il ixtisas qrupu üzrə 200-dən yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan isə cəmi bir nəfərdir.

Onun səbəbi abituriyentin yalnız bir ödənişsiz ixtisas yazmasıdır. IV xtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan 8 nəfərdir. Qəbul olmayan həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər”, – deyə Məleykə Abbaszadə bildirib.

www.yenicag.az

219