Türkiyədə zəlzələ qeydə alındı

Türkiyənin Manisa vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 20:45-də qeydə alınıb. Yeraltı təkanların episentri Kırkağac rayonunda yerləşib.

Zəlzələnin ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

COP29