Yüksək dozada narkotik qəbul etdi, öldü

Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində 1971-ci il təvəllüdlü Eldəniz Həsənov yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

COP29