Yüksək Liqada növbəti oyunlar keçirildi

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, turnir cədvəlinin lideri “Azərreyl” autsayder MOİK-i sınağa çəkib. Görüş “dəmiryolçular”ın 3:0 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə “Murov Az Terminal” “Neftçi”dən üstün olub – 3:1.

Qeyd edək ki, bu nəticədən sonra “Azərreyl” 44 xalla liderdir. “Murov Az Terminal” isə 40 xalla ikinci pillədə qərarlaşıb./Azertag/

COP29