Yüksək sürət yenə can aldı: Bakıda dəhşətli qəza – VİDEO

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, bir neçə dəqiqə öncə Su İdman Sarayının yaxınlığında, Yeni Salyan yolunda ölümlə nəticələnən qəza hadisəsi baş verib.

Hadisə yerindən çəkilən həvəskar çəkilişdən bəlli olur ki, vətəndaş işıqforun yaxınlığından magistral yolu keçmək istəyərkən sürətlə hərəkət edən avtomobilin qurbanı olub.