“Yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğru yanaşmadır? – Osman Gündüz yazır

Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırmaq istəyir .

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

Baxıram ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri bürüyüb aləmi.

Görünən odur ki, dövlər və özəl provayderlər sanki bir yarışa girməklə, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən birə 40% qaldırmaq istıəyirlər.

Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir.

İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq.

Görünür ki provayderlər, o cümlədən dövlət provaydreləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər.

Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün.
Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yükəsk yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.

Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəklib. Hansı təfəkkürün məhsuludur bu ?

İndi mən sual edirəm hökumətə, kəndə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yaralanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?
Bu vətəndaşlarımzı hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olamayan bü sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq ?
Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun.

Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir ” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəzuru olan internetə əlçatanlığı olsun.
Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq , digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq.

Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi , həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb.
Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92% -ə çatıb. Bu çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı.
İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun.

Ümid edirəm RİNN, İKTA baş verənlərin fərqindəir.

P.S. Antiinhisarın adını çəkmədim ki, onsuzda RİNN ilə, Aztelekomla məhkəmə çəkişməsindədirlər.

COP29