Yüksək təzyiqi salmaq üçün sınanmış təbii vasitələr nələrdir?

Yüksək təzyiq insan sağlamlığına ciddi ziyan vurur, həyatını qısaldır.

Bu səbəbdən təzyiqə daim nəzarət etmək və onu normada saxlamaq çox vacibdir.

Bəzi təbii vasitələr bu işdə çox yaxşı kömək edir. Belə ki, limon, sarımsaq və bal qarışığı ən effektli vasitələrdən biri sayılır.

Yenicag.az xəbər verir ki, rusiyalı həkim-fitoterapevt Nina Sokolova bu qarışığın reseptini paylaşıb. 1 stəkan bal, 3 limon və 10 diş sarımsağı götürün. Sarımsağı və limonları (qabıqlı) blenderdə əzin, bal əlavə edin, yaxşı qarışdırın. Qarışığı 1 həftə qaranlıq yerdə saxlayın. Daha sonra gündə 3 dəfə 1 ç.q. olmaqla qəbul edin.

Bundan əlavə həkim təzyiqi normada saxlamaq üçün çuğundur şirəsini içməyi tövsiyə edir. Çuğundur şirəsi damarları genişləndirir və bununla da təzyiqi salmağa kömək edir.

Həkim belə resept təqdim edib: yarım stəkan çuğundur şirəsini sıxın, 3 saat saxlayın (təzə sıxılmış çuğundur şirəsi damarlara mənfi təsir edir), 1 ç.q. bal əlavə edin, qarışdırın və sonra 1 x.q. omaqla gündə 4-5 dəfə için. Bunu 3 həftə ərzində etmək lazımdır./Saglamolun.az/

COP29