Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR

Bakıda dəhşətli yol qəzası baş verib.

Yenicag.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hava limanı yolunda “Range Rover” markalı avtomobil yolun kənarını təmizləyən su maşınına çırpılıb.

Nəticədə maşın yararsız hala düşüb. Hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Son dəqiqə məlumatına görə, “Range Rover” marakalı avtomobili idarə edən Dövlət Yol Polisi əməkdaşıdır. Qəza törədən 1986-cı il təvəllüdlü Hüseynov Cabir Firdovsi oğlunun DYP-də yüksək vəzifə daşıdığı qeyd olunur. O, bir müddət öncə Texniki Təminat şöbəsinin rəisi təyin olunub.

Xəstənin sol baldırının sındığı və 3 saylı Sabunçu Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Emin Səfərov

Yenicag.az

 

www.yenicag.az

494