Yüksək vəzifəyə təyinat – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.