Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yüksəklikdən yıxılan fəhlə öldü: Cinayət işi açıldı

İyulun 02-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Ağsu Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

www.yenicag.az

255
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100