“Yüksəliş” müsabiqəsində iştirak üçün 1500 nəfər qeydiyyatdan keçdi

Son iki gündə 1500-dən çox şəxs “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət quluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

COP29