Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
Yenicag.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, iqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb.
Dəvətdə qeyd edilib: “İstedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılaraq həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra bilər”.