Yuliya Navalnayanın sosial hesabı BLOKLANDI – FOTO

Yuliya Navalnayanın X hesabı bloklanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun səhifəsinə daxil olmağa çalışanlar “Hesab dayandırıldı” mesajı ilə qarşılar.
Mesaj X qaydalarının pozulması halında belə tədbirlərin görüldüyünü bildirir.
Dəqiq hansı qaydaların pozulduğu göstərilmir.

Rusiya Federasiyasının başçısının mətbuat katibi Dmitri Peskov Yuliya Navalnayanın Twitter hesabın dayandırılması ilə bağlı suallara heç bir açıqlama verməyib.

Xuraman Etibarlı