“Yumurta Kamil” də yaxalandı – FOTO

Abşeron Rayon Polis İdarəsi (RPİ) və Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Sumqayıt Regional Bölməsinin əməkdaşları rayon ərazisində birgə reyd keçiriblər.

Yenicag.az xəbər verir ki, reyd zamanı vaxtı keçmiş yumurtaların bərpa edilərək yenidən satışa çıxarılması faktı aşkarlanıb.

Araşdırmalarla məlum olub ki, “Giləzi Quşçuluq” MMC-də satış meneceri işləyən Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayədə yaşadığı mənzildə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən satışa çıxarıb.

O, yararsız yumurtaları dostu Malik Qasımovla birlikdə mağazalara daşıdığını bildirib.

Maddi sübut kimi 84 qutudan ibarət ümumi sayı 32 400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb.

K.Teymurov saxlanılaraq Abşeron Rayon Polis idarəsinə gətirilib.

Onun “Yumurta Kamil” kimi tanındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29